Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı - FOTO

Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı - FOTO

Erməni silahlı qüvvələrinin ağır artilleriya silahlarından 17 oktyabr tarixində Gəncə şəhərində əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.  

Bildirilib ki, həlak olanlardan altısı kişi, dördü qadın, üçü azyaşlıdır.

Əhali arasında yaralananların sayı isə 48-dir. Onlardan 23-ü kişi, 20-si qadın, beşi isə azyaşlıdır. 

Daha iki nəfər uşaq isə itkin düşüb.

 

ÖNCEKİ HABER

Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO

SONRAKİ HABER

Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanır