Ermənilərə tarix dərsi keçən daha bir müəllim şəhid olub

Ermənilərə tarix dərsi keçən daha bir müəllim şəhid olub

Lerik rayonunun Sors kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, cari ilin 15 sentyabr tarixindən sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlamışdı.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

 

ÖNCEKİ HABER

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

SONRAKİ HABER

Qarabağ qələbəsinin tədrisdə əks olunması ilə bağlı Fəaliyyət Planı təsdiqlənib