14 yaşında universitet məzunu oldu - FOTO

14 yaşında universitet məzunu oldu - FOTO

Hindistanın Heydərabad şəhərindən olan 14 yaşlı vunderkind Aqastya Djaysval 14 yaşında universitet məzunu olub.

Bu barədə “National Herald” nəşri məlumat verib.

Yeniyetmə oğlan Osmanlı Universitetində Kütləvi Kommunikasiya və Jurnalistika ixtisası üzrə təhsil alıb.

A.Djaysval bildirib ki, o, öz ölkəsində ilk şəxsdir ki, 14 yaşında ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Vunderkind stolüstü tennis yarışlarında iştirak etdiyini, boş vaxtlarında mahnı oxuduğunu və fortepiano alətində ifa etdiyini söyləyib. 

ÖNCEKİ HABER

ÜST ildə beş milyon ölümün gözlənilməz səbəbini açıqladı

SONRAKİ HABER

Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma - FOTO