Yaponiyada ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayında rekord qeydə alındı

Yaponiyada ağır vəziyyətdə olan COVID-19 xəstələrinin sayında rekord qeydə alındı

Yaponiyada koronavirus xəstələri arasında vəziyyəti ağır və kritik olan xəstələrin sayı pandemiyanın əvvəlindən bu yana ən yüksək həddə - 462 nəfərə çatıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Sutka ərzində ölkədə 2058 yeni yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb. Ümumi yoluxma sayı isə 148272-ə çatıb.

Ən çox yoluxma Tokio ərazisində qeydə alınıb. Bundan əlavə, Osaka, Hokkaydo, Kanaqava, Aiti, Hyoqo və Saitama prefekturalarında yoluxma sayında ciddi artım olub.

ÖNCEKİ HABER

Oğuzda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstəsi saxlanıldı

SONRAKİ HABER

Yoluxmuş qadının sağlam uşağı antikorla doğuldu