Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Vətən Müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri mütəmadi olaraq mülki əhalini hədəf alıb. 

Tərtər, Gəncə, Naftalan, Bərdəyə qadağan olunmuş silahlarla və mülki əhalinin məhvinə yönəlmiş hücumlar nəticəsində 94 mülki şəxs ölüb, 410 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

ÖNCEKİ HABER

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ

SONRAKİ HABER

Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM