Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR

Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə qərar imzalayıb. 

Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib. 

Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb. 

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər.

ÖNCEKİ HABER

İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI

SONRAKİ HABER

“YAŞAT” Fondunun platformasında şəhid ailələri və yaralılar barədə məlumat olacaq. Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun yaradılması ilə bağlı keçirilən məlumat konfransında bildirib. bit.ly Daha ətraflı “Belə desək, bu fond cəmiyyətin fondu olacaq. Hər kəs fondun fəaliyyəti, hesabatı ilə tanış ola və ianə edə bilər. Xərclərin təyinatını hər kəs izləyə biləcək”, - deyə Ü.Mehdiyev qeyd edib.