Azərbaycanda maşın körpüdən aşdı, sürücü hadisə yerindən qaçdı

Azərbaycanda maşın körpüdən aşdı, sürücü hadisə yerindən qaçdı

Xaçmaz-Xudat avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Report-un verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-BR-872 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Şahidlərinin sözlərinə görə, hadisəyə yüksək sürət həddi səbəb olub. Sürücü avtomobili qəza yerində qoyaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

MM sədri: “Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”

SONRAKİ HABER

Vilayət Eyvazovdan yeni TƏYİNAT