Bakıda maşın işıq dirəyinə çırpıldı - FOTO

Bakıda maşın işıq dirəyinə çırpıldı - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, 90-SD-161 dövlət nömrə nişanlı, “Nissan Sentra” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə, avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza səbəbindən sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Araşdırma aparılır.

ÖNCEKİ HABER

Mərkəzi Qan Bankı əhaliyə çağırış etdi

SONRAKİ HABER

Bakıda daxili karantin postları fəaliyyətə başladı