Kamil Zeynallı yenə həbs edildi

Kamil Zeynallı yenə həbs edildi

ÜMİDTV:    Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib. 

Oxu.Az-ın məlumatıan görə, o Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.

 

O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

 

Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.

ÖNCEKİ HABER

Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımız - SİYAHI

SONRAKİ HABER

Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ