Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 May və Nübar qəsəbələrində bu gün saat 13:00-dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

ÖNCEKİ HABER

Hidayət Rüstəmov: “Kəlbəcərə yolun çəkilməsi qarşıda duran vacib layihələrdən biridir”

SONRAKİ HABER

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Report” xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır. bit.ly Learn more Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək. Məcəllənin hazırkı variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.