Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun dörd yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın dördüncü mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

ÖNCEKİ HABER

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO

SONRAKİ HABER

Azərbaycanda tanınmış rəssam vəfat etdi - FOTO