Abşeronda taksi qəzaya düşdü: Qadın sərnişin xəsarət aldı

Abşeronda taksi qəzaya düşdü: Qadın sərnişin xəsarət aldı

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”-un məlumatına görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayevə Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

2021-ci il dövlət büdcəsi layihəsinin göstəriciləri açıqlandı

SONRAKİ HABER

Abşeronda yol qəzası: Xəsarət alanlar var