AFFA-nın İcraiyyə Komitəsi baş məşqçilərin məsələsinə baxacaq

AFFA-nın İcraiyyə Komitəsi baş məşqçilərin məsələsinə baxacaq

Sabah AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması

3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

4. Digər məsələlər

ÖNCEKİ HABER

Çexiyada koronavirusla əlaqədar maksimal epidemioloji təhlükə səviyyəsi elan edilib

SONRAKİ HABER

Məşhur şirkət Britaniya və Fransadakı zavodlarının fəaliyyətini dayandırır