Hava kəskin pisləşəcək: Yollar buz bağlayacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin pisləşəcək: Yollar buz bağlayacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Ölkə üzrə hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. 

Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
 
Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

ÖNCEKİ HABER

Diasporla İş üzrə Dövlət Komitəsi akademikin vəfatı ilə bağlı yaxınlarına başsağlığı verib

SONRAKİ HABER

Müdafiə Nazirliyindən hərbi qulluqçuların yaxınlarına ÇAĞIRIŞ