Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı

Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı

Xalq artisti, keçmiş millət vəkili Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov dünən saxlanılıb.

ÜMİDTV -nin verdiyi xəbərə görə, D.Nəsirov Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməkdə ittiham olunur.

D.Nəsirov dekabrın 24-də keçirilən əməliyyat nəticəsində yeri müəyyən edilərək saxlanılıb. O, iki ilə yaxındır ki, istintaqdan gizlənirdi.

ÖNCEKİ HABER

Azərbaycan Prezidenti Rusiyada “İlin siyasətçisi” seçildi

SONRAKİ HABER

DYP sürücülərə müraciət etdi