45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub - FOTO

45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub - FOTO

ÜMİDTV:    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub.

“Report” xəbər verir ki, o, 45 gün komada qalıb.

Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.

Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

 

 

ÖNCEKİ HABER

Ordumuzun bölmələri döyüş atışları keçirirlər – FOTO

SONRAKİ HABER

2021-ci ilə 21-ci Bolmart Şuşada! - FOTO