İranda qar uçqununda ölənlərin sayı artdı

İranda qar uçqununda ölənlərin sayı artdı

ÜMİDTV:    İranın paytaxtı Tehranın şimalında dağlarda qar uçqunu zamanı azı 12 alpinist ölüb.

Ölkənin xilasetmə xidmətlərinin verdiyi məlumata görə, 25 dekabrda güclü qar fırtınası səbəbindən Kolakçal, Axar və Darabad bölgələrində qar uçqunları baş verib.

27 dekabr axşamı Tehrandakı beynəlxalq Qırmızı Aypara Humanitar Hərəkatı üç gün davam edən axtarış-xilasetmə işlərinin bitdiyini elan edib.

Qeyd olunur ki, 14 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb.

ÖNCEKİ HABER

Rusiyada vağzalda üzərində sursat olan erməni saxlanıldı

SONRAKİ HABER

Bu il paytaxt məktəbliləri idman sahəsində neçə medal qazanıb?