Messi Ronalduya heyran olduğunu etiraf etdi

Messi Ronalduya heyran olduğunu etiraf etdi

“Barselona”nın hücumçusu Lionel Messi heyran olduğu idmançıların adlarını açıqlayıb.

Bu barədə ulduz futbolçu “La Sexta” telekanalına müsahibəsi zamanı bildirib.

Messinin siyahısına “Yuventus”un hücumçusu Kriştianu Ronaldu, tennisçilər Rafael Nadal və Rojer Federer, həmçinin basketbolçu Lebron Ceyms daxil olub.

“Hər idman növündə seçilən və öz işi, hər gün etdikləri ilə heyranlığa layiq olan idmançılar var. Futbolda Kriştianu Ronaldudur. Onlar çoxdur, mən seçilən bir çox idmançıya heyranam”, - deyə L.Messi bildirib.

ÖNCEKİ HABER

“Blood Pressure UK” təşkilatının mütəxəssisləri ürək-damar xəstəliklərinin gözlənilməz əlamətini açıqlayıblar. Bu barədə “Daily Exress” xəbər verir. Learn more Onların fikrincə, ayaq biləyinin şişməsi yüksək qan təzyiqi riskini göstərə bilər. Mütəxəssislər yüksək qan təzyiqinin insanın qan damarları və orqanlarında əlavə stressə səbəb olduğunu, bunun ürək əzələsinin hipertrofiyasına və qan dövranının azalmasına səbəb ola biləcəyini izah ediblər. Alimlər vurğulayıblar ki, məhz bu səbəbdən maye ayaq biləyinə yığılır və şişməyə səbəb olur.

SONRAKİ HABER

Suriyada ABŞ hərbi patrul xidmətinin əməkdaşlarına hücum olub