21 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

21 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

ÖNCEKİ HABER

ÜST-dən 2021-ci ildə yeni problemlər barədə XƏBƏRDARLIQ

SONRAKİ HABER

DİM təhsil şöbələrinin məsul şəxslərinə, buraxılış sinif şagirdlərinə və valideynlərə müraciət etdi