Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi

ÜMİDTV:       Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya aktyorun həmkarı Elçin İmanov bildirib.  

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaradıb. Eyni zamanda, “Nə gözəldir bu dünya...” (1999), “Əlavə təsir” (2010), “Yazıçı” (2013) kimi filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

ÖNCEKİ HABER

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan öldü - FOTO

SONRAKİ HABER

Heydər Əliyev Fondu 100 minədək ailəyə bayram sovqatı göndərib - FOTO