Dövlət Komitəsinin sədri İspaniya radiosuna müsahibə verib

Dövlət Komitəsinin sədri İspaniya radiosuna müsahibə verib

ÜMİDTV:      İspaniyanın “COPE Espanya” radiosu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayımlayıb.

Müsahibə zamanı Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.

COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar Komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

ÖNCEKİ HABER

Elnur Allahverdiyev: “Vikipediya”da addım-addım irəliləyib, öz mövqeyimizi qəbul etdirməliyik”

SONRAKİ HABER

Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ