TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib - FOTO

TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib - FOTO

ÜMİDTV:      Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsini ziyarət ediblər.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

Heyət Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

 

 

 

ÖNCEKİ HABER

Türkiyədə 28 ildir axtarılan terrorçular təslim oldu

SONRAKİ HABER

VİDEO: “Məni cəzalandırmağınızı düşünürsünüz, əslində Türkiyə iqtisadiyyatını cəzalandırırsınız! Mübariz Mənsimovun məhkəmədən Şok İFADƏSİ