Koronavirus qorxusundan üç ay aeroportda gizləndi

Koronavirus qorxusundan üç ay aeroportda gizləndi

ÜMİDTV:  ABŞ-da koronavirusa yoluxma qorxusu ilə üç ay Çikaqo hava limanında gizlənən ölkə vətəndaşı tutulub.

“NBC5Chicago” telekanalı xəbər verir ki, Kaliforniya ştatından olan 36 yaşlı Aditya Sinqx 19 oktyabrda Çikaqoya gəlib və o zamandan bəri Ohara Hava Limanından çıxmayıb.

Los-Ancelesdə yaşayan Sinqx saxlanılıb.

Hava limanı işçisinə məxsus jetonu əldə edən Sinqx sərnişinlərin onunla paylaşdığı yeməklə qidalanıb.

O, qadağan olunmuş əraziyə qanunsuz giriş və oğurluqda ittiham olunur.

ÖNCEKİ HABER

Koronavirus xəstələrinə radiasiya şüaları verildi

SONRAKİ HABER

Almaniyada yeni növ koronavirus mutasiyası müəyyən edilib