Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən KİV-ə bildirilib ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.

Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.

 

Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.

 

ÖNCEKİ HABER

Traktorçunun minaya düşməsilə bağlı prokurorluqdan açıqlama

SONRAKİ HABER

“Azəriqaz”ın Baş direktoru abonentlərlə növbəti canlı bağlantı edəcək