Eks-prezident maska taxmadığı üçün cərimə olundu

Eks-prezident maska taxmadığı üçün cərimə olundu

ÜMİDTV:    Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus maska taxmadığı üçün cərimə olunub.

2003-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasətçi 465 dollar cərimə ödəməlidir.

“Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus respublikanın yaranmasının növbəti ildönümü mərasimində maska taxmadığı üçün cərimə olunub”, - deyə Praqa şəhər epidemioloji xidmətinin məlumatında bildirilib.

Eks-prezident cərimənin ləğvi üçün məhkəməyə şikayət edəcəyini bəyan edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl də Klaus karantin qaydalarını pozduğu üçün 140 dollar cərimə olunmuşdu.

ÖNCEKİ HABER

Rusiya bir sıra hava limanlarını beynəlxalq uçuşlara açdı

SONRAKİ HABER

Rusiya XİN: BMT Qarabağa missiya göndərəcək