Rəmiş xəstəxanaya yerləşdirilib

Rəmiş xəstəxanaya yerləşdirilib

ÜMİDTV:      Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Bu barədə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

ÖNCEKİ HABER

Rəsmi olaraq koronavirusun qeydə alınmadığı Türkmənistan vaksinasiyaya başlayır

SONRAKİ HABER

ÜST: 75% ölümcül virus yeni pandemiyaya səbəb ola bilər