Şamaxıda intihara cəhdin qarşısı alınıb

Şamaxıda intihara cəhdin qarşısı alınıb

ÜMİDTV:     Şamaxı rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

ÖNCEKİ HABER

Zaqalatada bir nəfər köməksiz vəziyyətdə qalıb

SONRAKİ HABER

Ərdoğan Cavad Zərifi qəbul etdi