Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Şəhid ailələrinə qayğı" aksiyası Lerik rayonunda davam edir.- FOTO

ÜMİDTV:   Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Şəhid ailələrinə qayğı" aksiyası Lerik rayonunda davam edir. Bu xeyriyyə aksiyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri və təşkilatın bir qrup fəal üzvü  Lerik şəhərindən olan şəhid, “Vətən müharibəsi qəhrəmanı” mayor Heydərov Amid Rəbbil oğlunun, mayor Ağayev Ramil Mərdan oğlunun, gizir Əsədullayev Elnur İmanxan oğlunun və rayonun Günəşli kəndindən olan Mövlanov Vüqar Tumarxan oğlunun ailəsi ilə görüşmüş, Şəhidlərimizin məzarlarını ziyarət etmişdirlər. Şəhid ailələri  göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minətdarlıqlarını bildirdilər. 
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" çərçivəsində görüşlərimiz davam etdirilir.

 

Müqabil Hüseyin

 

 

 

 

 

 

 

ÖNCEKİ HABER

Parlamentdə ölkədəki koronavirusla bağlı vəziyyət barədə dinləmə keçiriləcək

SONRAKİ HABER

.Tanınmış teleparıcı yenidən AzTV-də işə başladı - FOTO