Prezidentin xüsusi nümayəndələrinin hüquqi statusu müəyyən edilir

Prezidentin xüsusi nümayəndələrinin hüquqi statusu müəyyən edilir

ÜMİDTV:     “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir.

Qanuna dəyişiklik layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

ÖNCEKİ HABER

SpaceTV-nin prezidenti Vaqif Mustafayev vəzifəsindən uzaqlaşdı

SONRAKİ HABER

Azərbaycanla Serbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub