Oğuzda qanunsuz ov edənlər saxlanılıb

Oğuzda qanunsuz ov edənlər saxlanılıb

ÜMİDTV:     Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, raşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində polis şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

ÖNCEKİ HABER

Azərbaycandakı xarici diplomatlar Cəbrayıl şəhərindədir

SONRAKİ HABER

Masallı sakini özündən 16 yaş böyük qardaşını öldürdü