Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

ÜMİDTV:      Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəyev Sərxan İlqar oğlu ağır xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, açıq kəllə-beyin travması və sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

S.Mirzəyevin vəziyyəti qənaətbəxş olmadığından o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

ÖNCEKİ HABER

İmişli sakini borca görə əmisi oğlunu avtomobillə vurub

SONRAKİ HABER

Astarada yol qəzası baş verib, xəsarət alan var