Şirvanda avtomobilin vurduğu kişinin ayaqları sındı

Şirvanda avtomobilin vurduğu kişinin ayaqları sındı

ÜMİDTV:     Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Y.Çəmənzəminli küçəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Məmmədov Alim Canbala oğlu mağazadan çıxarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ və sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ÖNCEKİ HABER

Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib

SONRAKİ HABER

Bakıda 48 yaşlı qadını avtomobil vurdu