Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb

ÜMİDTV:      Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 5,3 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

Bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, bu, illik müqayisədə 3,6 milyon dollar və yaxud 3,1 dəfə çoxdur.

Ötən ay Gürcüstandan Azərbaycana isə 1,1 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 0,1 milyon dollar və yaxud 8,1% azdır.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən 150 milyon dollar, xaricdən Gürcüstana isə 17,2 milyon dollar pul köçürmələri olub.

ÖNCEKİ HABER

Binəqədi rayonunda 7 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

SONRAKİ HABER

Milli Məclis üzvləri ABŞ senatorlarının Cozef Baydenə məktubu ilə bağlı bəyanat yaydı