Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib

Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib

 

ÜMİDTV:      2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 359 müraciət daxil olub.

Bu barədə qurumun rəism üavini  Məmməd Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin 21-i bazarlarda rəqabətin məhdudlaşıdırlması, 252-si təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər, 63-ü bazar subyektlərinin haqsız rəqabətə yol verməsi, 23-ü isə qanunsuz reklamın yayımı ilə bağlı olub.

“ Antiinhisar fəaliyyəti haqqında”qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb, 27 412 962 maliyyə sanksiyası tətbiq edilib. “Haqsız rəqabət haqqında” qanunun pozulması əlamətləri üzrə isə 4 işə baxılıb, 14 179 manat maliyyə sanksiyası tətbiq edilib. Hazırda bu istiqamətdə 5 işə baxılması davam etdirilir”, - o deyib.

ÖNCEKİ HABER

Azərbaycan İstanbulda beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

SONRAKİ HABER

Mikayıl Cabbarov: "Kölgə iqtisadiyyatı” ilə mübarizəni davam etdirməliyik