Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi

Bakıda Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi

ÜMİDTV:    Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.

ÖNCEKİ HABER

Qax rayonu bir neçə saatdır işıqsız qalıb

SONRAKİ HABER

Ali Məhkəmə də “Lider TV”nin əleyhinə qərar verdi