Bakıda bir ailənin üç üzvü bıçaqlandı

Bakıda bir ailənin üç üzvü bıçaqlandı

ÜMİDTV:    Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb.

Hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıblar.

Şücaət Əzimov isə qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb.

Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

ÖNCEKİ HABER

Abşeronda avtomobil 41 yaşlı qadını vurdu

SONRAKİ HABER

Meksikada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub