Türkiyədə son 24 saatda koronavirusdan 77 nəfər dünyasını dəyişib

Türkiyədə son 24 saatda koronavirusdan 77 nəfər dünyasını dəyişib

ÜMİDTV:       Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 77 nəfər vəfat edib.

Anadolu agentliyinə xəbər verir ki, son 24 saatda 101 min 105 nəfər test olunub, simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 min 546 nəfər COVID-19 infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 milyon 638 min 422 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 milyon 523 min 760 nəfər sağalıb, 28 min 60 nəfər isə həyatını itirib.

ÖNCEKİ HABER

Alimlər eynəkdən istifadənin pandemiya zamanı faydasını aşkarladılar

SONRAKİ HABER

Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib