Gürcüstanın baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib

Gürcüstanın baş naziri müxalifət liderinin həbsinə münasibət bildirib

ÜMİDTV:       Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında bu gün hamının Gürcüstanın hüquqi və güclü dövlət olduğunu gördüyünü deyib.

 

İ.Qaribaşvili ölkədə polisinin güclü və Daxili İşlər Nazirliyinin effektiv fəaliyyət göstərdiyini bildirib: “Hökumət adından daxili işlər naziri Vaxtanq Qomelauri və bütün polislərə təşəkkür edirəm. Onlar dövlətin ləyaqətini və sabitliyini qorudular. Bir daha qeyd edirəm ki, biz qanunun aliliyi ilə idarə olunan dövlətik”.

 

ÖNCEKİ HABER

Yerevanda hökumət binasının qarşısında tutulan şəxslərin sayı 51-ə çatıb

SONRAKİ HABER

Neftçinin qapıçısı: "Bir səhvə görə insana bu qədər yüklənmək olmaz"