Stadionlar Azərbaycan Premyer Liqasının oyunlarına hazırdır

Stadionlar Azərbaycan Premyer Liqasının oyunlarına hazırdır

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII tur matçlarının keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, bütün 4 stadionun qardan təmizləndiyini vurğulayıb.

Qeyd edək ki, bu gün XVII turda Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Azersun Arena"da "Qarabağ" "Səbail"i, Bank Respublika Arena"da isə "Sabah" "Keşlə"ni qəbul edəcək.

ÖNCEKİ HABER

Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

SONRAKİ HABER

Kreml Ermənistandakı hadisələrə münasibət bildirib