Şəhid polkovnik-leytenant dəfn edildi

Şəhid polkovnik-leytenant dəfn edildi

ÜMİDTV:      Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

 

 

ÖNCEKİ HABER

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

SONRAKİ HABER

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı