Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib

Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib

ÜMİDTV:     Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.

Bu barədə “CNN Prima News” məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.

Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.

Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.

ÖNCEKİ HABER

Britaniyada koronavirusun “Braziliya” ştammı aşkarlanıb

SONRAKİ HABER

Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub