Meksikada son sutkada 783 nəfər pandemiyadan ölüb

Meksikada son sutkada 783 nəfər pandemiyadan ölüb

ÜMİDTV:   Meksikada ötən gün koronavirus infeksiyasına 7 246 yeni yoluxma faktı qeydə alınıb.

“Bu barədə Meksika Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 783 nəfər vəfat edib.

İndiyədək Meksikada ümumilikdə 2 084 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 185 257 nəfər vəfat edib.

Müalicə alan 1,6 milyondan çox pasiyent sağalıb, 268 mindən xəstənin vəziyyəti isə ağırdır.

ÖNCEKİ HABER

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Kabul və Dohaya səfər edəcək

SONRAKİ HABER

Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub