ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub

ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub

ÜMİDTV:    Yuta ştatından olan respublikaçı senator Mitt Romni həftəsonu yıxılaraq huşunu itirəndən sonra qısa müddətə xəstəxanaya yerləşdirilib.

TASS-a  xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

“Yıxıldım, huşumu itirdim, amma indi durumum yaxşıdır”, - qəzet senatordan sitat gətirib.

Romni xəstəxanada üzünə bir neçə tikiş qoyulduğunu da əlavə edib. 73 yaşlı senator Bostondakı qohumlarını ziyarət edərkən huşunu itirdiyini söyləyib.

ÖNCEKİ HABER

Çex Respublikasında rekord iqtisadi tənəzzül qeydə alınıb

SONRAKİ HABER

İranda Qarabağa həsr olunan konfrans başlayıb