“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə həsr olunan iclas keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə həsr olunan iclas keçirilib

ÜMİDTV:     Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

Bu barədə KİV-ə  Nazirlər Kabinetindən məlumat verilib.

 

İclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə "2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.

 

ÖNCEKİ HABER

Nazirlik Qazaxdakı dava ilə bağlı açıqlama yaydı -DİN

SONRAKİ HABER

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək