BMT Baş katibi Moqadişodakı terroru qınadı

BMT Baş katibi Moqadişodakı terroru qınadı

ÜMİDTV:   BMT baş katibi Antoniu Quterreş 5 mart tarixində Moqadişoda mülki vətəndaşlara edilən terror hücumunu qınayıb.

“Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik tərəfindən yayımlanan məlumatda deyilir.

Baş katib ayrıca terrorda həyatını itirənlərin ailələrinə başsağlığı verib və BMT-nin bu cür cinayətlərə qarşı Somali hökuməti, xalqı ilə hərtərəfli dəstəyini və həmrəyliyini bir daha vurğulayıb.

Qeyd edək ki, 5 mart tarixində Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. Nəticədə azı 20 mülki vətəndaş həyatını itirib, 30-dan çox şəxs xəsarət alıb.

ÖNCEKİ HABER

Ekvatorial Qvineyada partlayışlar zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb

SONRAKİ HABER

“Wizz Air” Gürcüstandan uçuşları bərpa edir