Veteran adı və vəsiqəsi verilən şəxslərin sayı açıqlandı

Veteran adı və vəsiqəsi verilən şəxslərin sayı açıqlandı

ÜMİDTV:   Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən 7,4 min ərizənin baxılması təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib (müharibə veteranı 1,2 min nəfər, Silahlı Qüvvələr veteranı 182 nəfər və Əmək veteranı 5 nəfər).

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

ÖNCEKİ HABER

ATƏT rəhbəri Minsk qrupu həmsədrləri ilə görüş keçirib

SONRAKİ HABER

Mikayıl Cabbarov: “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir"