Sumqayıtın polis rəisinin müavini işdən çıxarılıb

Sumqayıtın polis rəisinin müavini işdən çıxarılıb

ÜMİDTV:    Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəis müavini işdən çıxarılıb.

 ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.

ÖNCEKİ HABER

Ağcabədidə ad günü məclisi təşkil edənlər cərimələndi

SONRAKİ HABER

Hesablama Palatasının sədr müavini və auditorları təyin ediləcək şəxslərin adları açıqlanıb