Balakəndə narkotik becərən şəxs saxlanılıb

Balakəndə narkotik becərən şəxs saxlanılıb

ÜMİDTV:   Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90 sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

ÖNCEKİ HABER

Prezident İlham Əliyev Pakistanın dövlət başçısını təbrik edib

SONRAKİ HABER

Ceyhun Bayramovdan Novruz təbriki