Azərbaycanda koronavirusa 1429 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 1429 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər vəfat edib

ÜMİDTV:     Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

 

ÖNCEKİ HABER

Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib.

SONRAKİ HABER

Azərbaycanda daha bir tanınmış aparıcı koronavirusa yoluxdu