Həyətində oğluna toy etməsinə imkan vermədilər

Həyətində oğluna toy etməsinə imkan vermədilər

ÜMİDTV:      Mart ayının 26-da Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,  B. Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

 

ÖNCEKİ HABER

Yol Polisi sürücüdən rüşvət alıb? - RƏSMİ CAVAB -VİDEO

SONRAKİ HABER

Sabah hava küləkli olacaq – PROQNOZ